Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd edilmişdir

01 fevral 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilmişdir.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbir iştirakçıları çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış gənclər siyasətinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələbləri və əsrin çağırışları nəzərə alınmaqla uğurla davam etdirilməsindən, müstəqil Azərbaycanın layiqli vətəndaşları yetişdirilməsi üçün gənclərin hərtərəfli qayğı ilə əhatə olunmasından, Azərbaycan gənclərinin ölkəmizdə nümunəvi təhsil alıb həyatda öz layiqli yerlərini tutması ilə yanaşı dünyanın aparıcı universitetlərində təhsil almaları üçün həyata keçirilən Dövlət Proqramlarından  danışmışlar.
Sonda tədbir gənclər gününə həsr olunmuş konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər