Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə “Gender Bərabərliyi və Məişət Zorakılığı haqqında qanunvericilik” mövzusunda təlim keçirilmişdir

24 yanvar 2020 | 16:00

24 yanvar 2020-ci ildə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən, Hollandiya Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatının dəstəyi ilə Gədəbəy rayonunda təlim keçirilmişdir.
Təlimin məqsədi məişət zorakılığı qurbanlarının çevik və qanunvericiliyə uyğun mühafizəsinin təmin olunması üçün məsul səlahiyyətli şəxslərin bilik və bacarıqlarının artırılması, habelə şiddət qurbanı qadınların ehtiyaclarına cavab verən xidmətlərin təmin edilməsi; İnnovativ üsullarla və sosial media vasitəsi ilə məişət zorakılığına qarşı ictimai məlumatlılığın artırılmasıdır.
Təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarına paylanıb.

 

Keçidlər