29 yanvar 2014-cü il tarixdə Gədəbəy rayonunun Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin Novosaratovka kənd mədəniyyət evində hesabat yığıncağı keirilmişdir
Yığıncağda Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının rəhbərləri,idarə müəssisə rəhbərləri və kənd əhalisi iştirak etmişdir.
Tədbirdə başlanğıc olaraq, Gədəbəy RİH Başçısının Novosaratovka kənd İƏD üzrə nümayəndəsi Əliyev Hüseyn Əli oğlunun hesabat məruzəsi dinlənildi. O, öz çıxışında bildirdi ki, Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi bir kəndi- Novosaratovka kəndini özündə birləşdirməklə 856 təsərrüfatı, 2411 nəfər əhalisi var. Onun mili tərkibi 56 nəfəri rus, 15 nəfəri kürd, 1 nəfəri ukraynalıdır.
Hesabat ilində nümayəndəlikdən yuxarı təşkilatlara olan müraciətlərin sayı 41 ədəd olmuşdur. Edilən müraciətlərdən böyük hissəsi öz müsbət həllini tapmışdır. Bunun üçün biz vətəndaşlarla mütəmadi olaraq maarifləndirmə işi aparırıq və nümayəndəlikdə qəbul günləri təşkil etmişik.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər ciddi araşdırılır və qaldırılan məsələnin həlli üçün tədbirlər görülür.
Onu da qeyd edim ki, Gədəbəy rayonu kənd təsərrüfatı rayonu olduğu üçün 2013-cü ildə Novosaratovka kənd İƏD üzrə nümayəndəliyin ərazisində də kənd təsərrüfatı sahəsində xeyli inkişaf müşahidə edilmişdir.
Kənd təsərrüfatına kömək məqsədilə, Dövlət tərəfindən ayrılmış subsidya ilə bağlı hesabat ilində 141 nəfər nümayəndəliyə müraciət etmiş və hər istehsalçı əkdiyi əkin sahəsinə müvafiq olaraq köməkdarlıq göstərilmişdir.
2013-cü ildə mal-qaranın ümumi sayı 14287 baş olmuşdur. Hesabat ilində mal-qara arasında heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır.
Nümayəndəliyin ərazisində Novosaratovka kənd tam orta məktəbi fəaliyyət göstərir. Məktəblərdə, 422 nəfər şagirdin təlim-tərbiyəsi ilə 52 nəfər müəllim məşğul olur. Sevindirici haldır ki, 2013-cü ildə 36 nəfər məzunlardan 15 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 12 nəfəri ali məktəblərə qəbul olunmuşdur.
Nümayəndəliyin ərazisində 1 xəstəxana fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən xəstəxanada 29 nəfər işçi çalışır. Xəstəxananın həkimləri tərəfindən uşaqlar arasında profilaktik peyvəndlər planlı şəkildə aparılır. Stationar xəstələr pulsuz ərzaq və dərmanla təmin edilir. Xəstəxana qış mövsümü üçün yanacaqla təmin edilmişdir. 29 nəfərin çalışdığı xəstəxanada 5 nəfər ali təhsilli həkim çalışır. Ərazidə 1 mədəniyyət evi, 2 kitabxana, 1 uşaq bağçası, 1 poçt şöbəsi, 1 polis bölməsi, «N» saylı hərbi hissə, 104 saylı Gədəbəy-Tovuz DSK-sı, toxumçuluq müəssisəsi və 1 EATS fəaliyyət göstərir ki, onlar da öz işlərini günün tələbləri səviyyəsində qururlar. Mədəni-kütləvi tədbirlər keçirilir, işə davamiyyət həmişə qənaətbəxş olmuşdur. Ərazidə fəaliyyət göstərən bütün təşkilatların işlərinə nümayəndəlik tərəfindən nəzarət olunur.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin hərbi çağırışla bağlı imzaladığı Fərmanlara uyğun olaraq, 2013-cü il ərzində səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidməti idarəsinin Gədəbəy rayon şöbəsi tərəfindən il ərzində 36 nəfərə çağırış vərəqəsi göndərilmiş, onlardan 28 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Məruzə dinlənildikdən sonra RİH Başçısıçıxış edərək bildirdi ki, bütün regionlarda olduğu kimi, Gədəbəy rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Belə ki, rayona girişdə Xarxar kəndində yol boyu istinad divarlarıçəkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Şəmkir-Gədəbəy magistiral yolu üzərində ayrı-ayrı ərazilərdə 3 ədəd müasir görünüşlü bulaq kompleksi tikilmişdir.
Xarxar,Zəhmətkənd,Slavyanka və Qaradağ kəndlərinə yeni dayanacaqlar quraşdırılmışdır. Rayonun Slavyanka kəndində mərkəz hissədə piyadaların rahat gediş-gəlişini təmin etmək üçün yol kənarına səkilər salınmışdır.
Gədəbəy şəhərinəəsas girəcəkdə, H.Əliyev prospektində tikinti normalarına cavab verməyən köhnə tikintilər yeni tikintilərləəvəzləşdirilmişdir. 15 ədəd kommersiya obyektindəəsaslı təmir və tikinti işləri aparılmışdır.
Gədəbəy şəhərinin əsas girişi boyu yeni müasir tikintilərlə yanaşı, müasir memarlıq üslubunda istinad divarları da tikilmiş, Gədəbəy şəhərinin girəcəyindəŞəmkir-Gədəbəy magistral avtomobil yolunun sağ hissəsində yamacda beton karkaslarla yamac-bərkidmə işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Heydər Əliyev adına mərkəzi parkda və “Ana abidəsində” əsaslı təmir və yenidənqurma işləri aparılmış, parkda yeni əyləncə avadanlıqları quraşdırımışdır. Həmçinin H.Əliyev prospektinə və M.C.Paşayev küçələrinə yeni asfalt örtüyü salınmışdır.
Gədəbəy rayonu mədəniyyət evinin qarşısında səkilər salınmış, insanların istirahəti üçün kiçik ölçüdə park salınaraq fəvvarə və digər avadanlıqlar quraşdırılmışdır.
2013-cü ildə 110 kv-luq elektrik xəttinin çəkilişinə başlanılmışdır.
Rayonda təhsil sistemində islahatların səmərəli aparılması məqsədilə məktəblərin tikintisi və yenidən qurulmasına diqqət artırılmışdır. Rayonun Qoşabulaq kəndində 180 şagird-yerlik məktəb binası tikilib, istifadəyə verilmişdir. Bundan əlavə, Samanlıq kəndində 180 şagirdyerlik, Arıqdam kəndində 480 şagirdyerlik tam orta məktəb binalarının tikintisində son tamamlama işləri aparılır. Moruxlu vəİsalı kəndlərində 180 şagird yerlik məktəb binasının tikintisi üçün müvafiq sənədlər hazırlanmış, artıq tikinti işlərinə başlanılmışdır.
RİH Başçısı10 sentyabr 2013-cü il tarixdəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonuna rəsmi səfərindən dəətraflı danışdı. Bildirdi ki, bu səfər bütün gədəbəylilərin sevincinə səbəb olmuşdur. Cənab Prezidentin Gədəbəy rayonuna səfəri zamanı rayonumuzun girəcəyində «Çolpan» çayı üzərində 84 p/m uzunduğu olan 4 aşırımlı körpünün, Aşıq musiqi məktəbinin, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin yeni zavodunun , “Halal qida” MMC-nin, süd emalı zavodunun açılışlarında iştirak etmiş və rayonumuzda gedən abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdur. Rayonumuzda gedən abadlıq-quruculuq işlərindən cənab Prezidentimiz məmnun qaldığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gədəbəy rayonuna səfərindən sonra imzaladığı Sərəncamla Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun tikintisinə başlanılmış və 5 km yolun tikintisi başa çatmışdır.
Bütün bunların hamısı cənab Prezident İlham Əliyevin ölkə əhalisinə o, cümlədən gədəbəylilərə göstərdiyi yüksək diqqət və qayğının əyani təzahürüdür. Bütün bu göstərilən diqqət və qayğıya görə RİH başçısı cənab Prezidentimiz İlham Əliyevə gədəbəylilər adından öz dərin minnatdarlığını bildirdi.