Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunmuşdur

20 yanvar 2020 | 16:00

Bu gün Gədəbəydə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayonunun Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilmişdir.
Ümumxalq hüzn günündə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Anım tədbirində minlərlə insan Şəhidlər Xiyabanına ziyarətə gəlmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
RİH başçısı ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanmışdır.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.
Daha sonra tədbir rayon Aşıqlar məktəbində davam etdirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin 20 Yanvara həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.
Sonra Qanlı Yanvara həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Slavyanka kənd 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

 

Keçidlər