Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Nərimankənd kəndində keçirilmişdir

15 yanvar 2020 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev ilk öncə müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərdən danışmışdır. RİH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.

Rayon rəhbəri Gədəbəy rayonunda, eyni zamanda Nərimankənd kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.

Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı RİH başçısına müraciət ediblər. Müraciətlər əsasən kənddə qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz olunması, poçt binasının tikilməsi və şəxsi məsələlərlə bağlı olmuşdur.

Sakinlər tərəfindən qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, bir sıra təklif və tənqidi qeydlərin araşdırılması və həllinə kömək göstərilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər