Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Çanaqçı kəndində keçirilmişdir

08 yanvar 2020 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb, o cümlədən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar və görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda RİH başçısı əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.

Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı RİH başçısına müraciət ediblər. Müraciətlər əsasən kənddə yeni məktəb binasının tikilməsi, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.

Sakinlər tərəfindən qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, bir sıra təklif və tənqidi qeydlərin araşdırılması və həllinə kömək göstərilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər