Şriftin ölçüsü :

Saytın rəngi :

27 yanvar 2014-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kənd İƏD üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

28 yanvar 2014 | 16:00

Yığıncağda Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd əhalisi iştirak etmişdir.
Tədbirdə başlanğıc olaraq, Gədəbəy RİH Başçısının Miskinli kənd İƏD üzrə nümayəndəsi Osman Quliyevin hesabat məruzəsi dinlənildi. O, öz  çıxışında bildirdi ki, Nümayəndəlik 2 kəndi əhatə etməklə 796 təsərrüfatdan ibarətdir. Nümayəndəliyin əhalisi 2720 nəfərdir. Miskinli kəndi rayon mərkəzindən 12 km məsafədən yerləşir. İl ərzində vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmış və nümayəndəliyə edilmiş 346 müraciətdən böyük hissəsi öz müsbət həllini tapmışdır. Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində infrastruktur layəhələri də həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2013-cü il tarixli 3159 nömrəli Sərəncamına əsasən Gədəbəy rayonunda 27,0 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi nəzərdə tutulmuş və hazırda yolun 5 km yenidən tikilmişdir. 2013-cü ildə mal-qaranın ümumi sayı 2114 baş olmuşdur.
Bundan əlavə ərazidə kənd təsərrüfatı sahəsi də sürətlə inkişaf etdirilmişdir. Odur ki, nümayəndəlik ərazisində 193 ha sahədə əkin işləri  aparılmışdır ki, ondan da 178 ha kartof,15 ha isə digər məhsullar olmuşdur. 
Nümayəndəliyin ərazisində 1 tam orta məktəb, 1 xəstəxana, 1 uşaq bağçası-körpələr evi,1 kənd kitabxanası,1 poçt şöbəsi və 1 EATS tipli telefon stansiyası fəaliyyət göstərir. Ərazidə yerləşən Miskinli kənd 2 saylı tam orta məktəbdə 185 nəfər şagirdin təhsili ilə 31 müəllim kollektivi məşğul olur. Ərazidə fəaliyyət göstərən uşaq bağçası- körpələr evində 25 nəfər uşağın təlim tərbiyyə aldığı müəssisədə 12 nəfər işçi çalışır. Kənddə təbii qaz xəttlərinin çəkilişinə başlanılmış və bu sahədə işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hərbi çağırışla bağlı imzaladığı Sərəncamlara uyğun olaraq, il ərzində 10 nəfər gənc hərbi xidmətə yola salınmışdır.  Sonra Gədəbəy RİH Başçısı Ramiz Yediyarov çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərdiyi diqqət və qayğıdan və gələcəkdə nəzərdə tutulmuş layihələrdən danışdı.

Keçidlər