Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

27 dekabr 2019 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması Gədəbəydə vətəndaş amilinin ön plana çəkilməsi deməkdir. Bu qayğının nəticəsidir ki, rayon rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə halını alıb İcra başçısı cari ilin proqramına uyğun olaraq Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda şəhər sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.

Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, əvvəlcə sakinləri qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş istəklərini və arzularını bildirib və keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Rayon rəhbəri dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu bildirib.

Qəbulda çıxış edən şəhər sakinləri görülən işləri müsbət qiymətləndirmiş şəhər ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, şəhərin Məzahir Rüstəmov küçəsinin işıqlandırma sisteminin quraşdırılması və şəxsi məsələlərə dair müraciətlər etmişlər.

Şəhər sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.

Görülən işləri müsbət qiymətləndirən şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər