Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirildi

23 yanvar 2014 | 16:00

Bü gün Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibəti ilə  tədbir  keçirildi.
Tədbir iştirakçıları ilk öncə  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər. Daha sonra tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlandı. Məruzə ətrafında çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək, təməli  1993-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf xətti Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  cənabları tərəfindən uğurla davam etdirilir.Tarixi baxımdan çox qısa, lakin baş verən hadisələr nöqteyi-nəzərdən mürəkkəb, keşməkeşli və bəzən də faciəli, eyni zamanda, şərəfli bir dövr olan bu 21 ildə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulmuş, onun inkişafı üçün görülən tədbirlərdən ətraflı məlumat verdi. Sonra Gədəbəy RİH Başçsının birinci müavini Qüdrət Paşayev çıxış etdi. Tədbirin sonunda tədbir iştirakçılarının  Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının  sədri cənab İlham Əliyevə müraciəti qəbul olundu.

Keçidlər