Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

05 dekabr 2019 | 16:00

Dekabrın 5-də Gədəbəy rayonunda Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə gənclərlə görüş keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə 30-a yaxın gənc iştirak edib.
Görüşdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul işçisi Qədir Bağırov gəncləri Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin  adından salamlayıb və onları Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğulayıb. Həmçinin  son illərdə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsət aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarını Prezident cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Ə.Gülməmmədov isə deyib ki, gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən edən, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin respublikamızda könüllülük hərəkatının genişləndirməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının vüsət almasına şərait yaradıb.
Görüşdə könüllü gənclər də çıxış ediblər.
Daha sonra könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclərin istəkləri dinlənilib.

Keçidlər