Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun daha iki yaşayış məntəqəsinə təbii qaz verildi

06 dekabr 2019 | 16:00

Qurudərə və Sarıköynək kəndlərində qaz xətti istismara verilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da  inkişaf mərhələsindədir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür. RİH başçısı onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcədə rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.  RİH başçısı kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış və qeyd etmişdir ki, təbii qaz olmayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Bu gün 2 yaşayış məntəqəsində 412 ev təbii qazla təmin olundu  və yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir. Çıxışının sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
Gədəbəy rayonunun  Qurudərə və Sarıköynək kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Tədbirdə çıxış edən sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər