Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

03 dekabr 2019 | 16:00

Gədəbəy rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə  rayonda fəaliyyət göstərən əlil cəmiyyətlərinin üzvləri, müxtəlif səbəblərdən əlil olmuş vətəndaşlar dəvət olunmuşdur.
Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları, rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra tədbir  “Ecaz” Şadlıq sarayında davam etmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı açaraq, əlilləri salamlamış, onlara uzun ömür və can sağlığı arzulamışdır. Bildirmişdir ki, BMT-nin təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 dekabr Beynəlxalq əlillər günü”  Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə daha da yaxşılaşmışdır. RİH başçısı ölkə prezidenti cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Gədəbəy rayonunda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.     
Daha sonra digər tədbir iştirakıçıları çıxış edərək əlilləri, fiziki cəhətdən sağlamlığında problem olan insanları 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə təbrik edib, rayon rəhbərliyi tərəfindən göstərilən qayğıdan danışıblar. Qeyd ediblər ki, hələ ötən əsrin 90-cı illərindən ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün bu kimi respublika səviyyəli tədbirlərə başlanılıb.
Tədbir musiqi proqramları və nahar süfrəsi ətrafında davam etmişdir.

 

Keçidlər