Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Daryurd kəndində keçirilmişdir

27 noyabr 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
RİH başçısı əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kəndə təbii qaz xəttinin çəkilməsi, kənddə qəzalı vəziyyətdə olan telefon rabitəsi dayaqlarının və elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər