Gədəbəydə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 16 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, ədliyyə işçiləri, rayonun hüquq-mühafizə orqanları bu münasibətlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını xüsusi qeyd edib.
Biz də Gədəbəy Rayon İcra Hakimiyyəti olaraq bütün ədliyyə işçilərini təbrik edir, şərəfli peşələrində onlara uğurlar arzulayırıq!
Peşə bayramınız mübarək!