Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Plankənd kəndində keçirilmişdir.

18 noyabr 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən bugünkü görüşün əhəmiyyətindən danışıb. RİH başçısı əvvəlcə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər həmin ərazidə görülmüş işlər barədə danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da davam etdiriləcəkdir. RİH başçısı bildirib ki, "Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulamışdır.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dayaqlarının yenisi ilə əvəz olunması, kəndə təbii qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən RİH başçısı qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər