Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıb

18 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün keçirilən "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar artıq ənənə halını alıb. Şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin tarixi, təbiəti, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış edilməsində, ölkə başçısının davamlı diqqəti və qayğısı ilə  gündən-günə abadlaşan şəhər və rayonların yeniləşən siması barədə onlarda əyani təsəvvürün yaradılmasında mühüm rol oynayan bu tur-aksiyalarda Gədəbəy məktəbliləri də fəal iştirak edirlər.
Gədəbəy rayonundan olan məktəblilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.
Bu münasibətlə rayonun Heydər Əliyev mərkəzində yolasalma mərasimi keçirilib. Tur-aksiyanın təntənəli yolasalma mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, İcra aparatının və şəhər Təhsil şöbəsinin məsul işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyəti ilə tanış olmuş, fotoşəkillərə baxmışlar.
RİH başçısı İbrahim Mustafayev yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək şagirdlərə tövsiyələr verib, onlara uğurlu yol, maraqlı səyahət arzulayıblar. Belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığı bildirilib, şagirdlərin dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Sonda Gədəbəy rayonun ümumtəhsil məktəblərindən olan  40 nəfər şagird  onlar üçün xüsusi ayrılmış avtobusla  Qəbələ-Şəki-Zaqatala istiqamətində yola salınmışlar.

Keçidlər