Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüşü keçirilmişdir.

14 noyabr 2019 | 16:00

Noyabrın 14-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə  görüşü keçirilmişdir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev tədbirdə çıxış edərək məktəblilərə ölkəmizin iqtisadi və siyasi qüdrətindən danışıb, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndiyini, ölkəmizin sabitlik və davamlı inkişaf diyarına çevrildiyini bildirib. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyanın əhəmiyyəti çox böyükdür. Burada əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.
Məlumat verilib ki, bu il 18-21 noyabr tarixlərində Qəbələ-Şəki-Zaqatala rayonları istiqamətində təşkil olunan tur-aksiyada rayonumuzdan 40 nəfər şagird iştirak edəcəkdir.
   Digər çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər