Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü Gədəbəy rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib

09 noyabr 2019 | 16:00

9 noyabr - Dövlət Bayrağı Günü Gədəbəy rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Gədəbəylilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.
Gədəbəy Rayon İcra Hakimiyyəti  təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti ümumilikdə 3000 nəfərdən çox rayon sakini iştirak ediblər.
Yürüş rayonun mərkəzində yerləşən saat qülləsindən start götürərək Heydər Əliyev prospektində rayon sakinlərinin sürəkli alqışları ilə rayon bayraq meydanında başa çatmışdır.
Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.
Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Dövlət bayrağının Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyi, bayrağın azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirdiyi bildirilibdir.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.

.

Keçidlər