Gədəbəy rayonunun Kiçik Qaramurad kəndinin içməli su təhcizatı layihəsinin rəsmi açılış mərasimi olmuşdur
21 dekabr 2013 | 16:00
Gədəbəy rayonun Kiçik Qaramurad kəndində 20.12.2013 tarixdə saat 11:30 da Yaponiya Hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin içməli su təhcizatı layihəsi əsasında kəndə “Arxaşan” yaylağından 16.5 km məsafədən içməli su çəkilişinin başa çatması və əhalinin istifadəsinə verilməsi münasibətilə açlış mərasimi olmuşdur.
Tədbirdə Yaponiya hökümətinin Azərbaycandakı səfri cənab Tsugio Takahashi iştirak etmişdir.