Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Poladlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

09 oktyabr 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşları salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. RİH başçısı son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açaraq əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmiş, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayandığını diqqətə çatdırmışdır. RİH başçısı səyyar qəbul-görüşdə iştirak edən sakinləri aktiv olmağa, onları maraqlandıran məsələlərlə bağlı fəallıq göstərməyə çağırmışdır.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kəndə qaz xəttinin çəkilməsi, yolların təmiri və elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Sakinlər tərəfindən qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, bir sıra təklif və tənqidi qeydlərin araşdırılması və həllinə kömək göstərilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər