Gədəbəy rayonunda növbəti qanvermə aksiyası keçirilib
28 avqust 2019 | 16:00
27.08.2019-cu il tarixdə talasemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə B.Eyvazov adına Hematologiya Transfuziologiya İnsitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunda qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada ümumilikdə 115 nəfər qan vermişdir.