Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə əlaqədar Gədəbəy rayonunda tədbir keçirilib

21 noyabr 2013 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə əlaqədar  Gədəbəy rayonunda tədbir keçirilib. Tədbirdən əvvəl  iştirakçılar  Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.  Daha sonra tədbiri  YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev açdı. O, YAP-nın  21 illik fəaliyyətindən  danışdı və partiya üzvlərini təbrik edərək  gələcək fəaliyətlərində uğurlar arzu etdi. Çıxış edən Gədəbəy rayon icra başçısı  Ramiz Yediyarov partiya üzvlərini təbrik etdi. O bildirdi ki, 21 ilə nəzər saldıqda Azərbaycanın bundan qabaqki dövrünü görməmək mümkün deyil. O hər kəsi ölkə başçısının ətrafına toplaşmağa çağırdı: "YAP ölkəmizdə  ən güclü partiyadır. Hər birinizi təbrik edir, hər zaman ölkə başçısının ideyaları ətrafında möhkəm olmağa dəvət edirəm".
Daha sonra məruzə ətrafında Gədəbəy rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Alnabat kənd İƏD üzrə nümayəndəsi Natiq Nağıyev çıxış etdilər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci il dönümü münasibəti  ilə YAP Gədəbəy rayon təşkilatının ümumrayon toplantısı iştirakçıları adından  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət  edildi.

Keçidlər