Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir.

12 iyun 2019 | 16:00

İyunun 12-də Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyəti başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
           Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Çıxış edən tədbir iştirakçıları Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.
Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.

Keçidlər