Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi qulluqçumuz şəhid olub

09 iyun 2019 | 16:00

İyunun 9-da  Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakinin 15.05.2000-cil tarixdə anadan olmuş, 04.07.2018-ci tarixdə hərbi xidmətə getmiş Xəlilov Elşən Vüqar oğlu Tərtər rayonunda "N" saylı hərbi hissədə hərbi xidmət vəzifəsini  yerinə yetirərkən Qapanlı kənd istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Şəhid  Xəlilov Elşən Vüqar oğlunun dəfn mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun idarə müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

Keçidlər