Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Gədəbəy Rayon Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində bayram tədbiri keçirilmişdir.

01 iyun 2019 | 16:00

Tədbirdə Azərbaycanda uşaq problemlərinin hər zaman diqqət mərkəzində olmasından, ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində olan qayğısından söz açılıb. Azərbaycan uşaqlarına qayğının bu gün də diqqət mərkəzində olması bildirilib. Respublika Prezidenti İlham Əliyev tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün məqsədyönlü işlər görüldüyü diqqətə çatdırılıb. Ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi bu sahəyə olan diqqətin əyani göstəricisi kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın öz fəaliyyətində daim uşaqların xoşbəxt böyüməsini prioritet məsələ kimi saxladığı qeyd edilmişdir.
Sonra məktəblilərinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiyalar nümayiş etdirilmişdir.

Keçidlər