Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi təşkil olunmuşdur.

26 may 2019 | 16:00

May ayının 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Gədəbəy rayonunda iftar mərasimi təşkil olunmuşdur. Mərasimdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsinin iştirakçıları, oruc tutan aztəminatlı mömin insanlar dəvət olunmuşdur.
İftar mərasimi din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələrin və mübarək Ramazan dualarının oxunması ilə başlanmışdır. Çıxışçılar Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildiriblər. Qafqaz Müsəlmanları Ruhani idarəsinin səlahiyyətli numayəndəsi, Gədəbəy şəhər "Cümə" məscidinin dini icmasının sədri müqəddəs ayın fəzilətindən, məziyyətlərindən danışmış,  bu ənənənin Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmış, ulu öndərin və vətən uğrunda şəhid olanların ruhuna dualar oxumuşdur. Bugünkü siyasi sabitlik və bolluğa görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edən imam rəhbər işçilərin dindarlarla bir süfrədə əyləşməsini müstəqilliyimizin bəhrəsi kimi dəyərləndirdi.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda hökm sürən inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Ulu öndərin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli -mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişaf etdirilməsində Birinci Vitse- Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.
Heydər Əliyev Fondunun açdığı iftar süfrəsində rayonun din xadimləri müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzulayıblar.

Keçidlər