Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda “Əmək Yarmarkası” keçirilmişdir.

25 may 2019 | 16:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tədbirlər Planının qrafikinə uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən 24 may 2019-cu il tarixdə Rayon Mədəniyyət evində növbəti “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin olunub. Belə ki, görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 16 müəssisə və təşkilat üzrə 224 boş iş yeri işaxtaran vətəndaşlara təklif olunub. Yarmarkada iştirak edən 145-ə yaxın işaxtaran və işsiz vətəndaş iştirak etmiş və işaxtaran vətəndaşlardan 13 nəfərinə  göndəriş verilmişdir.

Keçidlər