Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ilk dəfə olaraq təcrübə məqsədi ilə 10 hektar sahədə tütün əkilir.

23 may 2019 | 16:00

Gədəbəy rayonunda ilk dəfə olaraq  təcrübə məqsədi ilə 10 hektar sahədə tütün əkilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq rayon ərazisində 10 ha sahədə “Berley” növünə aid olan tütün şitilinin sahəyə köçürülməsi işlərinə başlanılmışdır.
Rayonun  dağlıq   torpaq-iqlim şəraitinin tütün sənayesinin tələbatına uyğun olması,  son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərin və subsidiyaların verilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin artırılması, rayonda tütünçülüyün inkişafına zəmin yaratmışdır.

Keçidlər