Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Yaylaq Festivalının Gədəbəy rayonunda keçirilməsinə hazırlıq məqsədilə RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir.

16 may 2019 | 16:00

Cari ilin iyul-avqust aylarında Miskinli yaylağı ərazisində mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalının   Gədəbəy rayonunda  keçirilməsinə hazırlıq  məqsədilə RİH başçısının sərəncamı ilə yaradılmış təşkilat komitəsinin iclası keçirilmişdir. İçlasda komitə üzvlərinin üzərinə düşən vəzifələr və onları icrası müzakirə edilmiş, Milli Yaylaq Festivalı barədə geniş məlumat verilmişdir. Festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğu bildirilmişdir.

Milli Yaylaq Festivalının keçiriləcəyi ərazidə orijinal üslubda “Yaylaq yurdu” adlanan etno-qəsəbənin, cıdır meydanının, “Yaylaq bazarı”nın, “Sənətkarlıq guşəsi” nin, “Yaylaq kulinariyası”, tamaşalar və yarışlar üçün sahələrin yaradılması nəzərdə tutuldğu, yaradılacaq xüsusi etno-qəsəbədə turistlərin qədim üslubda düzəldilmiş  dəyələrdə qalması, “Yaylaqda 1 gün”  adı altında yaylaq həyat tərzini sürməsi planlaşdırılmışdır.
Festival ərəfəsində aşıqların deyişməsini, milli rəqsləri, xalq mahnılarını, qədim xalq oyunlarını, tətbiqi sənət, yaylaq kulinariyası nümunələrini, müxtəlif sərgiləri, tolerantlığın və multikultralizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramlarını və nümunəvi çıxışlarını özündə birləşdirən mədəni etnoqrafik hissə təşkil ediləcək.
Eyni zamanda “Yaylaq oyunları” şərti adı altında at yarışlarının, atüstü oyunların (Çövkən, Baharbənd, Sür-papaq və s.) milli güləş, zorxana, kəndirbazlıq və oxatma üzrə nümunəvi çıxışların, qonaqlar və turistlər arasında kütləvi oyun-yarışların keçirilməsi nəzərdə tutulur.
Festivalın eko-etnoturizm hissəsində isə turistlərin bölgənin tarixi abidələrinə, səfalı yerlərinə atla səyahətlərinin, “Alman izləri” adı altında xüsusi ekskursiyanın təşkili, turistlərin yaylaq həyatının bütün sahələrində (ot biçmək, nəhrə çalxamaq, tətbiqi sənətlə məşğul olmaq, milli kulinariya nümunələrini hazırlamaq, çobanlıq etmək) bir başa iştirakçı olmaq imkanı yaradılacaqdır.

Keçidlər