Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiyasının 18 illiyi münasibətilə tədbir keçirilmişdir

13 noyabr 2013 | 16:00

Azərbaycan Respublikasının Konstitusiyasının 18 illiyi münasibətilə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatının iclas zalında tədbir keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra tədbiri RİH Başçısı Ramiz Yediraov açaraq bildirdi ki, bu gün biz xalqımızın öz dövlət müstəqilliyinin 22-ci il dönümünün işığında daha bir bayrama –Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 18 illiyinə toplaşmışıq.
Xalqımızın böyük oğlu ,Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya lahiyəsini hazırlayan komissiya tərəfindən hazırlanmış 1995-ci ilin noyabr ayının 12-də  Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi –referondum yolu ilə qəbul edilmiş Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında aşağıdakı insani və bəşəri prinsiplər əsas götürülmüşdür.
Azərbaycan xalqı yeni Konstitusiyanı qəbul edərkən xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə arxalanaraq  “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsiplərə əsaslanaraq ,cəmiyyətin və hər kəsin firvanlığının təmin edilməsi, ədalətin,azadlığın və təhlükəsizliyin bərqarar edilməsini arzulayaraq, demokratik,hüquqi,vətəndaş cəmiyyətin qurulmasının ,xalqın iradəsi kimi qanunların aliliyinin təmin edilməsini özünün başlıca məqsədi hesab etmişdir.  RİH Başçısı çıxışının sonunda   toplantı iştirakçılarını əsas dövlət bayramımızdan biri olan konstitusiya günü münasibəti ilə ürəkdən təbrik etdi və can sağlığı,səadət ,rifah, dövlətimizin və cəmiyyətimizin tərəqqisi və möhkəmlənməsi yolunda hər bir kəsə uğurlar arzuladı.
Yaşasın Müstəqil Azərbaycan!

Keçidlər