Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

04 may 2019 | 16:00

Gədəbəy rayonunda 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

 Öncə Gədəbəy RİH başçısı İbrahim Mustafayev, Pezident Adminstrasiyasının məsul işçisi Orxan Mürsəlov və tədbir iştirakçıları  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.

Tədbiridə RİH başçısının geniş hesabat məruzəsində qeyd etmişdir ki, 2003-cü ildən başlayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, dünya iqtisadi məkanına sürətlə inteqrasiya, iqtisadi quruculuq sahəsində  davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri, uğurlu  islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda ölkə başçısının qeyd etdiyi kimi, ötən dövr ölkəmiz üçün aparılan islahatlar nəticəsində uğurlu olmuş, ölkədə işgüzar fəallıq daha da yüksəlmiş, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradılmış, mühüm infrastruktur layihələri həyata keçirilmiş, abadlıq-quruculuq işləri  davam etdirilmişdir.
Əldə edilən misilsiz nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Möhtərəm Prezidentimizin sərəncam və tapşırıqları ilə hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri hesabat dövründə Gədəbəy rayonunda da uğurla davam etdirilərək, mühüm infrastruktur layihələrinin icrasına, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına başlanılmış, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.

Belə ki, 2019-cu ilin birinci rübündə rayonun ümumi daxili məhsul istehsalının həcmi 107011,0 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövri ilə  müqayisədə 6492,3 min manat və ya 6,4 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2052,0 min manat və ya 5,6 faiz artaraq 38933,4 min manat təşkil etmişdir.

Nəqliyyat sektorunda 607,2 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,0  min manat və ya 5,9 % çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 128,3 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 min manat və ya 11 % çox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 9373,5 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2092,2 min manat və ya 28,7 faiz çox olmuşdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 50198,9 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Satılmış məhsulların həcmi 45068,4 min  manata, pullu xidmətlərin  həcmi 5130,5 min manata çatdırılmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 3,0 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 12,3 fazi kənd təsərrüfatı bazarları, 84,7 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Ümumi daxili məhsul istehsalında 36,2 faiz sənayenin, 11,5 faiz kənd təsərrüfatının, 8,8 faiz tikintinin, 42,8 faiz ticarətin, 0,7 faiz isə nəqliyyat və rabitənin payına düşmüşdür.
Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4778,2 min manat və ya 8,5 faiz, xidmətlərin göstərilməsində isə 2131,0 min manat və ya 4,8 faiz artım qeydə alınmışdır.
Hesabat dövründə 111-i daimi olmaqla 307 iş yeri açılmışdır ki, bunlardan 5-i yeni yaradılmış müəssisə və təşkilatlar, 106-ı fiziki şəxslər tərəfindən, 196-sı isə digər hallarda yaradılmışdır.
2019-cu ilin birinci rübü ərzində Gədəbəy rayon büdcəsinin cari gəlirlər üzrə mədaxili ümumilikdə  955,2 min manat proqnoz plana qarşı 1459,5 min manat və ya 152,8 faizi olmaqla 504,3 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 377,5 min manat çox yerinə yetirilmişdir. Hesabat dövründə 4 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 6 tədiyyə növü üzrə cəmi 58,7 min manat kəsirlə yerinə yetirilmişdir. Büdcənin xərcləri 96,4 faiz və ya 72,1 min manat az yerinə yetirilmiş, artıq və qanunsuz xərclərə yol verilməmişdir.

2019-cu ilin I rübündə də Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmiş, yeni qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzun inkişafını təmin edəcək 16 tədbirin icrası ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə başlanılmışdır. Abadlıq işləri çərçivəsində şəhərin Səməd Vurğun küçəsində səkilər yenidən qurulmuş, yüksək gərginlikli hava xətləri yer altına keçirilmiş, istinad divarları üzlənmiş və burada yerləşən ticarət obyektləri yeni dizaynda əsaslı təmir edilmişdir. Dilarə Əliyeva küçəsində isə genişləndirmə işləri aparılmışdır. Hər iki küçəyə yeni asfalt örtüyünün salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası davam etdirilmiş, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə davam edən layihələr hesabına 225,0 min manat investisiya cəlb edilmişdir.
Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi 1-ci istehsal sahəsində və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrində tikinti işləri başa çatmışdır.
Rayonda əkinçiliyin və heyvandarlığın daha da inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək 2019-cu ilin birinci rübü ərzində rayonda 80,5 ha sahədə yazlıq əkin aparılmışdır. Yaz tarla işlərinin vaxtında və keyfiyyətli aparılması məqsədilə 128 ədəd traktor, 18 ədəd kotan və digər asma texnikalar saz vəziyyətə gətirilmişdir. Əkin işləri davam etdirilir. Qeyd edək ki, bu il rayon ərazisində 10 hektar tütün əkilməsi nəzərdə tutulur və bu məqsədlə işlərə başlanılmışdır.
İstehsalçıların gübrə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun Novosaratovka kəndində səyyari gübrə satışı təşkil olunmuş və 34,4 ton gübrə güzəştli qiymətlərlə satılmışdır. Gəmiricilərə qarşı 3300 ha sahədə müşahidə, 2350 ha sahədə sirayətlənmə və 1700 ha sahədə mübarizə tədbirləri aparılmışdır. Tovuz Regional Aqrokimya Laboratoriyasının mütəxəssisləri tərəfindən rayonun Çanaqçı, Nərimankənd və Moruxlu kəndlərində analiz məqsədilə vətəndaşların torpaqlarından nümunələrin götürülməsinə başlanılmışdır.
Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 45208 baş, qoyun və keçilərin baş sayı 233228 baş olmuş, diri çəkidə 22,5 min sentner ət, 46,9 min sentner süd istehsal edilmişdir. Heyvandarlığın inkişafı məqsədilə aparılmış süni mayalanma tədbirləri nəticəsində 6 baş sağlam buzov əldə olunmuş və 600 manat subsidiya verilmişdir.
Rayon baytarlıq idarəsi tərəfindən 7348 baş iri, 34 baş xırda buynuzlu mal-qarada bruselyoza qarşı seroloji müayinə aparılmış, 4 baş xəstə heyvan aşkar edilmiş və bu heyvanlar xəstəliyin təlimatına və baytar sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirlmişdir. Bununla yanaşı epizootik plana əsasən xəstəliklərə qarşı profilaktik qoruyucu peyvəndləmə işləri aparılmışdır.
Rüb ərzində “Novruz” bayramı münasibətilə və bayramdan sonra Bakı şəhərində keçirilən yarmarkada rayondan olan fermerlərin iştirakı təmin edilmiş və 26 ton kartof, 180 kq bal, 1,2  ton süd və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
2019-cu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 15896 nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onlardan 8464 nəfəri və ya 53,3 faizi yaşa görə, 6218 nəfəri və ya 39,1 faizi əlilliyə görə, 1214 nəfəri və ya 7,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına əsasən cari ilin aprel ayının 1-dən etibarən müavinətlərin məbləğində ciddi artımlar olmuş, eyni zamanda bir neçə müavinət ilk dəfə verilməyə başlanılmışdır. Qeyd olunan artımlar bu kateqoriyadan olan şəxslər tərəfindən böyük sevinclə qarşılanmışdır.
Hesabat dövründə 6578 ədəd müavinət və təqaüd hərəkətdə olmuş, rayon üzrə əmək pensiyalarının ödənilməsi üçün 9,4 milyon manat, müavinətlərin ödənilməsi üçün isə 1,6 milyon manat vəsait daxil olmuş və hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülmüş və bu işlər daim nəzarətdə saxlanılmışdır.

2019-cu ilin 1-ci rübü ərzində Gədəbəy Rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1124 nəfər müraciət etmişdir. Onlardan 283 nəfəri və ya 25,2 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin  edilmiş, işlə  təmin  olunanların  77 nəfəri və ya 27,2 faizi  qadınlar, 64 nəfəri və ya 22,6 faizi gənclərdir. Hesabat dövrünün sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 2389 nəfər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlardan təlimləri uğurla başa vurmuş 49 nəfər aktivlərlə təmin olunmuş, rüb ərzində 15 nəfər aztəminatlı ailə təlimlərə cəlb edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə cəmi 395 iş yeri yaradılmışdır ki, onlardan 275 nəfəri yanvar ayından haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 120 nəfərin müqavilələri isə “DOST İş Mərkəzi” MMC-yə təqdim olunmuşdur. Bu sahədə vətəndaşların işə qəbulu zamanı şəffalığın təmin eidlməsi və neqativ hallara yol verilməməsi məqəsdilə komissiya yaradılmış və bu işlər daim nəzarətdə saxlanılır.

 

 

Keçidlər