Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq günü münasibətilə tədbir keçirilmişdir

09 noyabr 2013 | 16:00

Bu gün Gədəbəy rayonu Aşıq musiqi  məktəbində  Bayraq günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ulu  Öndər H.Əliyevin  abidəsini ziyarət etdilər.
Tədbiri giriş sözü ilə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov açdı. O, çıxışında bildirdi ki, dövlət Bayrağı ölkənin dövlət rəmzlərindən biridir. Dövlət bayrağı hər birimiz üçün  Vətən, millət və dil qədər müqəddəsdir. Həmçinin RİH Başçısı bildirdi ki,  yaxın vaxtlarda Gədəbəy şəhərinin mərkəzi hissələrinin  birində  “Bayraq meydanının” tikintisi nəzərdə tutulub. R.Yediyarov çıxışın sonunda tədbir iştirakçılarını  və  Azərbaycan Respublikasının dövlətçiliyi naminə çalışan hər bir kəsi təbrik etdi və işlərində uğurlar arzuladı.
Daha sonra tədbir Gədəbəy aşıqlar qrupunun iştirakı davam etdi.

Keçidlər