Gədəbəy rayonunda “Novruz bayramı” təntənə ilə qeyd olunmuşdur.
Gədəbəy ictimaiyyətinə bayram təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hisslər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı təqvimə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutur, onları qoruyub saxlayır və daha da inkişaf etdirir. Daha sonra tədbir respublikanın tanınmış sənət ustaları Könül Kərimova,Nadir Qafarzadə, Babək Niftəliyev, İlkin Əhmədov, Səbinə Ərəbli, Namiq Qaraçuxurlu, Namiq Məna və digər incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.