Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi - uçaq bağçası istifadəyə verildi
Miskinli kəndində 60 yerlik körpələr evi - uçaq bağçası istifadəyə verildi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi və Novruz bayramı münasibətilə valideynləri, bağçanın kollektivini, tədbir iştirakçılarını təbrik edib, ən xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir.
Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, uşaqların istirahəti üçün kölgəliklər quraşdırılıb. Bir sözlə, bağçada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.