9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan ümumrayon toplantısı keçirilib
22 oktyabr 2013-cü il tarixdə Gədəbəy rayon mədəniyyət evində 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan ümumrayon toplantısı keçirilib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxışında bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi Gədəbəy rayonunda da 2013-cü ilin doqquz ayında bir çox nailiyyətlər əldə olunub. Rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 14,2 faiz artıb. 2013-cü ilin doqquz ayında kənd təsərrüfatı məhsulları 151 milyon 329 min 600 manat (5,4% çox),pərakəndə əmtəə dövriyyəsinin həcmi 93 milyon 955 min 800 manat (44,6%çox), sənaye məhsulunun həcmi 38 milyon 490 min manat, ümumi məhsul istehsalının həcmi 296 milyon 306 min 200 manat(14,2% çox),orta əmək haqqı 340,3 manat təşkil edib (0,4% çox). Cari ilin 9 ayı ərzində rayonun Kollu və Şınıx kəndləri təbii qazla təchiz edilmişdir. Hesabat dövründə rayonda 586 iş yeri yaradılıb ki,bu da ötən ilin dövründən 67,9% və ya 237 iş yeri çoxdur. 2013-cü ilin doqquz ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilir.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxışının sonunda qarşımızda çox məsul və şərəfli vəzifələr durduğunu vurğuladı.
Daha sonra tədbirdə RIHB-nın müavini Vüsal Musayev, DSMF Gədəbəy rayon şöbəsinin müdiri Adil Cəfərov və ”Kapital bank” Gədəbəy rayon filialının müdiri Arif Nəcəfov məruzə ətrafında çıxış etdilər, 9 ayda rayonda görülən işlərdən minnətdarlıqla danışdılar.