Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Parakənd kəndində keçirilmişdir.

06 mart 2019 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Parakənd kəndində keçirilmişdir. Görüşdə idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulu giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, Rayon İcra Hakimiyyətinin səlahiyyəti daxilində həlli mümkün olan müraciətlərin yerindəcə həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin ümumiləşdirilərək aidiyyəti qurumlara müraciət edilərək onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən RİH başçısı vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib. RİH başçısı sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, həmçinin onları narahat edən mövcud problemlərlə bağlı müraciətlər etmişlər. Kənddə poçt binasının tikilməsi, kəndarası yolun təmir edilməsi, kənddə marşurut xəttinin açılması, kənd mədəniyyət evinin təmiri və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilmişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzilərinə qanunamüvafiq cavablar verilmiş, bəziləri isə yerində müsbət həll edilmişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər