Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul etdiyi qərarlarla bağlı tədbir keçirilmişdir

28 fevral 2019 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri  idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbirdə RİH başçısı   çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən,  əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında   məlumat verilmişdir.

Keçidlər