Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirilmişdir.
28 fevral 2019 | 16:00
Fevralın 28-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirilmişdir.
Şurada rayonun ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti və təhsildən yayınma hallarının qarşısının alınması ilə bağlı görülən işlərin vəziyyəti barədə məsələ müzakirə edilmişdir.