Gədəbəy rayonunda Xocalı faciəsinin 27-ci ildönümünü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Fevralın 26-da Gədəbəy rayonunda XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Öncə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Anım tədbirində minlərlə insan tərəfindən vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edilmişdir. Daha sonra tədbir rayon Aşıqlar evində davam etdirilmişdir.
Rayon Aşıqlar evində keçirilən tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılmış, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən rih başçısı uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirilmişdir.
Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişidir.
Daha sonra Zəhmətkənd kənd tam orta məktəbinin şagird kollektivinin hazırladığı “Xocalıya Ədalət” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur.