Yerli İcra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılmışdır.
Yerli İcra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil etmişdir. İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilmiş, onlar diqqətlə dinlənilmiş, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilmişdir. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirmiş, vətəndaş məmnunluğunu yüksəltmişdir. Bu yöndə əsaslı və ciddi tədbirlərimizin davamı olaraq Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılmışdır. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) qaynar xətt yaradılmışdır. Bundan əlavə xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.
Xidmətlərə aid olan məsələlər
-sənədlərin qəbulu və verilməsi;
- memarlıq və tikinti məsələləri (13 xidmət) ;
- hüquq məsələləri (12 xidmət) ;
- sosial-iqtisadi məsələlər(6 xidmət) ;
- humanitar məsələlər;
- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət) ;
- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri ;
Mərkəzin məqsədi
-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;
-vaxt itkisinin qarşısının alınması;
-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;
-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;
-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;
-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;
-vətəndaş məmunluğunun yüksəldilməsi;
Könüllülər tərəfindən göstərilən xidmətlər
-sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir;
-müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir;