Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Novoivanovka kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.

06 fevral 2019 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. Görüşdə vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər yerindəcə araşdırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev giriş nitqində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Gədəbəy rayonununda da bütün sahələrində inkişafın olduğunu və sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirmişdir.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır. Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər