Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Nərimankənd kəndində kecirilmişdir.

30 yanvar 2019 | 16:00

Gədəbəy   Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu  rayonun Nərimankənd kəndində kecirilmişdir.
  Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib. Səyyar qəbul görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu bildirib. Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, kənddə həkim tibb məntəqəsinin yenidən tikilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.RİH başçısı görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir

Keçidlər