Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

20 yanvar 2019 | 16:00

20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Ümumxalq hüzn günündə rayon İcra hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Anım tədbirində minlərlə insan Şəhidlər Xiyabanına ziyarətə gəlmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Keçidlər