Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Söyüdlü kənd İƏD üzrə nümayəndəliyində keçirilmişdir.

19 dekabr 2018 | 16:00

Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. RİH başçısı bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdiriləcəyini vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət və təkliflərə əsasən rayon İcra Hakimiyyəti başçısı müvafiq tapşırıqlar vermiş və bəzi təkliflərin Dövlət proqramında nəzərdə tutulduğunu bildirilmişdir.  Qəbulda çıxış edən  sakinlər görülən işləri müsbət qiymətləndirmiş kənd ərazisində qaz təziyqinin, kənd yolunun asfaltlaşdırılması, kəndə su xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirimişlər.

Keçidlər