Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 8 yaşayış məntəqəsi təbii qazla təmin olundu.

18 dekabr 2018 | 16:00

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və Şəmkir Regional Qaz İstismar İdarəsinin rəisi Osman Beybutov iştirak etmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə davam edən inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Bunun da bariz nümunəsidir ki, bu gün rayonun Motudərə, Dördlər, Qasımağalı, Qaravəlilər, Məmmədcəfərli, Əyridərə, Səbətkeçməz və Çaldaş kəndlərində cəmi 699 abonentə ilk olaraq təbii qaz veriləcək. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən əhaliyə dövlət qayğısının bariz nümunəsidir. 
RİH başçısı onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcədə rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.  RİH başçısı kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış və qeyd etmişdir ki, təbii qaz olmayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.
Çıxışının sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
Kənd ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər. Sonra rəmzi məşəl alovlandırılmış və həmin kəndlərə təbii qaz verilmişdir.

Keçidlər