Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyində vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir.

14 dekabr 2018 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, qurucusu və memarı ulu öndər Heydər Əliyevin olduğu müasir Azərbaycan dövləti iqtisadi gücə sahib olan bir dövlət kimi bütün dünyada tanınır. Sağlam və etibarlı təməl üzərində qurulan bu dövlətin son 15 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunması isə dahi rəhbərin ideyalarının gerçəkləşməsi deməkdir. Məhz bu gün diqqət çəkən məqamlardan biri də odur ki, dövlət başçısının rəhbərliyi altında ölkəmizdə aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində də uğurla davam etdirilir. Son iki il yarım ərzində Gədəbəydə aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işlərinin, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə edilən uğurların timsalında bunu aydın şəkildə görmək olar. Rayonda ötən bu müddət ərzində daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaşlara göstərilən qayğıdır.  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması Gədəbəydə vətəndaş amilinin ön plana çəkilməsi deməkdir. Bu qayğının nəticəsidir ki, rayon rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə halını alıb İcra başçısı cari ilin proqramına uyğun olaraq Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyində vətəndaşların səyyar qəbulunu keçirmişdir.
Qəbulda şəhər sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, şəhər sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Rayon rəhbəri dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu bildirib. Qəbulda çıxış edən şəhər sakinləri görülən işləri müsbət qiymətləndirmiş şəhər ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, şəhərin Cavanşir Ağayev küçəsinin asfaltlaşdırılması, şəhərin Aydın Məmmədov küçəsinin işıqlandırma sisteminin quraşdırılması və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Şəhər sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir.
Görülən işləri müsbət qiymətləndirən şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər