Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə məhsul yığımı davam edir.

29 sentyabr 2013 | 15:00

Məhsuldarlığın yüksək olması təsərrüfat sahiblərini  sevindirir. Fermerlərin bəziləri məhsullarını elə yerindəcə satsa da, bir çoxları kartofu anbarlarda saxlayıb, qış aylarında daha sərfəli qiymətə satmağı düşünür. Qeyd edək ki, bu il Gədəbəydə 13 min hektardan çox sahədə kartof əkilib. Mütəxəssislərin fikrincə, rayonda orta hesabla 200 min ton kartof yığılacaq.
  “Hal-hazırda məhsul yığımı davam edir. Bu il rayonumuzda ümumi həcmi 10 min tondan çox olan kartof saxlama anbarı əhalinin istifadəsinə verilib. Yerli sakinlər həmin anbardan səmərəli şəkildə istifadə edəcək. Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə mineral gübrələrin və motor yağlarının verilməsi isə kənd zəhmətkeşlərinə öz sahələrini gələcəkdə genişləndirmək üçün əlavə stimul verir”.
Eyni zamanda Gədəbəydə bu il  vətəndaşların fərdi bağlarında da  alma, armud və digər meyvələrdə boldur.

Keçidlər