“Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək Gədəbəyli məktəblilər Lənkəran-Masallı-Astara istiqamətində yola salndı
14 noyabr 2018-ci il tarixdə Gədəbəy RİH başcısı və təhsil işçiləri “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək 40 nəfər şagirdlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəliyyəti ilə tanış olmuş, fotoşəkillərə baxmışlar. RİH başçısı İbrahim Mustafayev “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlərə uğurlar diləmiş, gedəcəkləri Cənub bölgəsində Heydər Əliyev Mərkəzləri, Bayraq Muzeyləri, Gənclər Mərkəzilər və bölgənin tarixi mədəniyyət abidələri, sosial-idisadi inkişafı ilə yaxından tanış olmalarını tövsiyyə etmişdir. Sonra Gədəbəy rayonun ümumtəhsil məktəblərindən olan 40 nəfər şagird onlar üçün xüsusi ayrılmış avtobusla Lənkəran-Masallı-Astara istiqamətində yola salınmışlar.