Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüşü keçirilmişdir.

13 noyabr 2018 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə  görüşü keçirilmişdir.

13 noyabr 2018-ci il tarixdə  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşü keçirilmişdir. RİH başçısı turun məqsədi barədə şagirdlərə məlumat vermiş,  4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiyanın təşkil edilməsini, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfərin iştirak etməsini və  Gədəbəydən olan şagirdlərin sayının  360 nəfərə  çatdığını qeyd etmişdir.
RİH başçısı Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısı barədə tur aksiya iştirakçılarına geniş məlumat vermişdir.
Ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirildi ki, tur-aksiya zamanı Gədəbəyli məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacağını da qeyd etmişdir.
Görüşdə çıxış edən valideyinlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər