Gədəbəy rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.
08 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Sahibkarlığa Kömək Milli Fondunun idarə heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov, rayonun aidiyyəti müəssisə rəhbərləri, bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının, ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı çıxış etdi , Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun idarə heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.Tədbirdə sahibkarlar və torpaq mülkiyyətçiləri çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.